BTC ilə 17 mln. tondan çox neft nəql edilib

BTC ilə 17 mln. tondan çox neft nəql edilib
14 Sentyabr-19:15

Azərbaycanda magistral neft kəmərlər ilə bu ilin yanvar-avqust aylarında 23 331,3 min ton neft nəql edilib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,6% azdır.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 74,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, yanvar-avqust aylarında kəmər vasitəsilə 17 434,8 min ton neft ötürülüb ki bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6% azdır.