BVF ABŞ-ın iqtisadi artım proqnozunu endirib

BVF ABŞ-ın iqtisadi artım proqnozunu endirib
25 İyun-11:53

Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün ABŞ iqtisadiyyatının artım proqnozunu 3,7%-dən 2,9%-ə, gələn il üçün isə 2,3%-dən 1,7%-ə endirib.

“Margin.az” xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Məlumata görə, inflyasiyanın geniş miqyaslı artımı həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün sistemli risklər yaradır.

Əlavə edək ki, BVF ABŞ-da inflyasiyanın bu il 5,4%, gələn il 2%, 2024-cü ildə isə 1,8% olacağını proqnozlaşdırır.