BVF: “Azərbaycanda inflyasiya Ermənistana nisbətən az olacaq”

BVF: “Azərbaycanda inflyasiya Ermənistana nisbətən az olacaq”
13 Oktyabr-11:47

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda inflyasiyanın 4,4% olacağını proqnozlaşdırır. Ölkədə 2022-ci ildə inflyasiyanın 3,2% təşkil edəcəyi gözlənilir.

"Margin.az" xəbər verir ki bu barədə fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışında qeyd olunub.

Hesabata görə, bu il Ermənistanda inflyasiyanın 6.9% təşkil edəcək ki, bu da Azərbaycanla müqayisədə 2.5% yüksəkdir.

Ermənistanda gələn il inflyasiyanın 5.8% olacağı proqnozlaşdırılır, bu, Azərbaycana nisbətən 1.4% artıqdır.