BVF: “Ukrayna iqtisadiyyatı 3,5% böyüyəcək”

Fond Ukraynada inflyasiyanın bu il 9,5%, 2022-ci ildə isə 7,1% olacağını gözləyir.
BVF: “Ukrayna iqtisadiyyatı 3,5% böyüyəcək”
13 Oktyabr-12:11

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Ukrayna iqtisadiyyatının böyümə proqnozunu 4%-dən 3,5%-ə endirib.

"Margin.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fondun "World Economic Outlook" hesabatında qeyd olunub.

Ukrayna iqtisadiyyatının gələn il 3,6%-ə böyüyəcəyi gözlənilir.

Fond Ukraynada inflyasiyanın bu il 9,5%, 2022-ci ildə isə 7,1% olacağını gözləyir.