Çanaqqalada Azərbaycan hərbçilərinin təlimləri davam edir

Çanaqqalada Azərbaycan hərbçilərinin təlimləri davam edir
14 Sentyabr-15:18

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada Layihəsi" çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin təlimləri davam edir.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.