Cari ilin 9 ayı ərzində manatla pul bazası 10% azalmış və dövrün sonuna 16.1 mlrd. manat təşkil edib.
"Margin.az" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti icmalı"na istinadən xəbər verir.
Məlumata görə, ötən ilin sonunda sistem əhəmiyyətli bəzi banklarla aparılan müddətli depozit əməliyyatları təmizlənməklə manatla pul bazası 3.7% artıb.