Ceff Bezosun ilk kosmik səyahəti başlayır

Ceff Bezosun ilk kosmik səyahəti başlayır
20 İyul-17:01

Dünyanın ən varlı adamı olan Ceff Bezosun bu gün ilk kosmik səyahəti başlayır.

"Margin.az" "Reuters"ə  istinadən xəbər verir ki, milyarder və 3 ekipaj yoldaşı  ona məxsus "Blue Origin's" kosmik raketi ilə kosmosa uçacaq.

Uçuşla bağlı danışan Ceff Bezos həyəcanlı olduğun bildirib.

Məlumata görə, uçuş raketin yerləşdiyi Qərbi Teksasdakı mərkəzdən başlayacaq.

"New Shepard" adlanan kosmik gəmidə Ceff Bezosla birlikdə qardaşı Mark Bezos, 82 yaşlı Valli Fank və 18 yaşlı Oliver Deymen səyahət edəcək.