Ceff Bezosun ilk kosmik səyahəti uğurla yekunlaşıb

Ceff Bezosun ilk kosmik səyahəti uğurla yekunlaşıb
20 İyul-18:22

Amazonun qurucusu Ceff Bezosun kosmosa uçuşu yekunlaşıb.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, milyarder və onunla birlikdə səyahət edən ekipaj üzvləri 11 dəqiqəlik kosmik gəzintidən uğurla geri dönüblər. 

Əlavə edək ki, uçuş Ceff Bezosun "New Shepard" adlı kosmik gəmisi ilə reallaşıb. Onunla birlikdə qardaşı Mark Bezos, 82 yaşlı Valli Fank və 18 yaşlı Oliver Deymen səyahət edib.