Avropada qazın 1000 kubmetrinin qiyməti 1 500 dolları ötüb.
"Margin.az" xəbər verir ki, bu barədə "ICE Birjası"nın məlumatında qeyd edilib.
Məlumata görə, külək istehsalının azalması və Avropada havanın sərt olacağı ilə bağlı proqnozlar qazın qiymətini artırır.
Niderlandın TTF mərkəzində qazın yanvar müqaviləsində isə 1000 kubmetrin qiyməti 1 529 dollar təşkil edib.