Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqli 49,5% artıb

Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqli 49,5% artıb
14 Sentyabr-18:48

Azərbaycanda magistral qaz kəmərləri ilə bu ilin yanvar-avqust aylarında 22 634,5 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 14,1% çoxdur.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qaz nəqlinin 49,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 11 194,4 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,6%-lik artım).