Dünya bazarlarında davam edən qeyri-müəyyənliklər nefti ucuzlaşdırıb.
"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 2,23 dollar və ya 2,71% ucuzlaşaraq 79,94 ABŞ dolları olub.
WTI markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 2,49 dollar və ya 3,2% azalaraq 73,39 ABŞ dollarına enib. Bu, yanvar ayının 5-dən bəri ən aşağı göstəricidir.