Ceyhun Bayramov Minskə gedir

Ceyhun Bayramov Minskə gedir
13 Oktyabr-14:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

"Margin.az" Nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.