“Chevron” aşağı karbonlu layihələrə 10 mlrd. dollar maliyyə ayırır

Şirkət karbon qazı intensivliyini 2028-ci ilə qədər 35% azaltmağı planlaşdırır.
“Chevron” aşağı karbonlu layihələrə 10 mlrd. dollar maliyyə ayırır
14 Sentyabr-16:19

"Chevron" neft şirkəti 2028-ci ilə qədər aşağı karbonlu layihələrə sərmayəsini üç qat artıraraq 10 milyard dollara yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Məlumata görə, "Chevron" qlobal investorların təzyiqi səbəbilə fosil yanacaqdan uzaqlaşmaq üçün aşağı karbonlu layihələrə sərmayələrini artırır.

Bildirilib ki, şirkətin əsas məqsədi daha çox pul qazanmaq, dividendləri artırmaq, səhmlərini geri almaq və daha aşağı karbonlu layihələrə sərmayə qoymaqdır. Şirkət karbon qazı intensivliyini 2028-ci ilə qədər 35% azaltmağı planlaşdırır.