Çin inkişaf etməkdə olan ölkələrin ən böyük kreditorlarından biri oldu

Çin inkişaf etməkdə olan ölkələrin ən böyük kreditorlarından biri oldu
28 Mart-12:28

Çin yeni qlobal transsərhəd kreditləşmə sistemi yaratmaqla inkişaf etməkdə olan ölkələrin ən böyük kreditorlarından birinə çevrilib.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, Çin çətin vəziyyətdə olan ölkələr üçün yeni qlobal transsərhəd kreditləşdirmə sistemi yaradıb.

Məlumata görə, 2000-ci ildən bəri Çin Argentina, Monqolustan, Pakistan və Türkiyə də daxil olmaqla 20-dən çox ölkəyə ən azı 240 milyard dollar təcili yardım ayırıb. Məbləğin böyük hissəsini, yəni 185 milyard dollarını Çin son 5 ildə ayırıb.

Beləliklə, Çin inkişaf etməkdə olan ölkələrə kredit verilməsində getdikcə əhəmiyyətli rol oynayır və onilliklər ərzində iqtisadi əlaqələri müəyyən edən sistemə alternativ təklif edir.