Çin iqtisadiyyatına nə qədər investisiya qoyulub?

Çin iqtisadiyyatına nə qədər investisiya qoyulub?
18 Avqust-14:23

Çin iqtisadiyyatına bu ilin yanvar-iyul aylarında xarici investisiyalar illik müqayisədə 21,5% artaraq 123,92 milyard dollar təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə xarici investisiyaların ən dinamik axını Koreya Respublikası, ABŞ, Yaponiya və Almaniya tərəfindən təmin edilib. Hesabat dövründə Çinin xidmət sektorunda faktiki istifadə olunan xarici investisiyalar 10% artaraq 598,92 milyard yuana (təxminən 92,96 milyard dollar) çatıb.