Çinin ixracı rekord səviyyəyə çatıb

Çinin xarici ticarət profisiti 66,8 milyard dollar təşkil edib.
Çinin ixracı rekord səviyyəyə çatıb
13 Oktyabr-17:51

Çinin bu ilin sentyabr ayında ixracı ötən ilin eyni ayına görə 28,1% artaraq 305,7 milyard dollara çatıb ki, bu da ən yüksək səviyyə hesab olunur.

"Margin.az"" Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Ölkədə fabriklərin bağlanmasına səbəb olan elektrik enerjisi çatışmazlığına baxmayaraq, Çinin ixracı rekord səviyyəyə çatıb. İqtisadçılar artımın 21.5% olacağını gözləyiblər. Ölkənin bu dövrdə idxalı isə 17,6% artıb ki, bu da iqtisadçıların gözlədiyi 20,9%-dən aşağıdır.

Beləliklə, Çinin xarici ticarət profisiti 66,8 milyard dollar təşkil edib.