Çinin kömür idxalı maksimumum səviyyəyə çatıb

Çinin kömür idxalı maksimumum səviyyəyə çatıb
07 Dekabr-13:29

Çinin noyabr ayında 35,05 milyon ton kömür idxal edib ki, bu da cari ilin ən yüksək səviyyəsidir. Bu göstərici, oktyabrda 26,94 milyon ton təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin məlumatlarında deyilir.

Məlumata görə, Çinin kömür idxalının maksimumuma çatmasına səbəb havaların soyuq kecəcəyi ilə bağlı narahatlıqlardır. Bildirilib ki, Çinin bu ilin ilk 11 ayında kömür idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artaraq 292,32 milyon ton olub.