Çinin neft idxalı 6% azalıb

Çinin neft idxalı 6% azalıb
15 Sentyabr-10:22

Çin yanvar-avqust aylarında 346,36 milyon ton neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azdır.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika İdarəsinin hesabatında qeyd olunub.

Məlumata görə, Çinin təbii qaz idxalının həcmi 22,2% artaraq 79,31 milyon tona çatıb. Çin ötən ay digər ölkələrdən 44,53 milyon ton neft alıb ki, bu da illik müqayisədə 6,2% azdır. Hesabat dövründə ölkənin qaz idxalı isə 15% artaraq 10,44 milyon ton təşkil edib.