Çinin oyun şirkəti "Tencent"in səhmləri ucuzlaşıb

Çin mediasında bir sıra yazılar səbəbilə şirkətin səhmlərinin qiyməti 54,8 min ABŞ dollarına enib.
Çinin oyun şirkəti
03 Avqust-11:45

Çinin internet oyunu nəhəngi "Tencent"in qiyməti 10% ucuzlaşıb.

"Margin.az"  xəbər verir ki, bu barədə Hong Kong Birjasının məlumatlarında qeyd olunub.

"Tencent"in səhmləri 10,36% azalaraq 425,8 min Honq Konq dolları (54,8 min ABŞ dolları) olub.

Əlavə edək ki, bir sıra dövlət mediasında kompüter oyunlarının məktəblilərə zərərli təsiri ilə bağlı yazılar nəşr edilib. Analitiklər isə bunu oyun sektoru üzərində tənzimləyici nəzarəti gücləndirmək üçün bir siqnal olaraq qəbul edirlər.