Azərbaycanda bank müştərilərinin sayı artmağa davam edir.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, noyabrın 1-nə olan məlumatına əsasən, ölkədə bank müştərilərinin sayı 13 508 020 olub.
Məlumata görə, müştərilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artıb.