Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 3-ü bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.
"Margin.az" xəbər verir ki, bunlar "Unibank" və "Bank BTB" və "Pakistan Milli Bankının Bakı filialı"dır.
- Azərbaycandakı bankların mənfəətə görə renkinqi
-
Azərbaycanın bank sektorunun xalis mənfəəti 35% artıb
Məlumata görə, 22 bank isə ilin 3 rübündə mənfəət əldə edib. Bu bankların 4-də göstərici 30 milyon manatdan çoxdur. Bunlar "Kapital Bank” (210,6 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (209,9 milyon manat), "PAŞA Bank" (109,7 milyon manat) və "Bank of Baku"dur (30,7 milyon manat).
Qalan 18 bankdan 6-da mənfəət 10-20 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan azdır.