Dəniz nəqliyyatı ilə yük daşımaları 32% artıb

Dəniz nəqliyyatı ilə yük daşımaları 32% artıb
23 İyul-15:05

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 3709,9 min ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,1% çoxdur. 

“Margin.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Hesabat dövründə yüklərin 42,5%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5773,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5373 min tonunu və ya 93,1%-ni tranzit yüklər təşkil edibdir.

Cari ilin iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 205,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin  sayı ötən ilin müvafiq dövrünə nisbətən 57,1% artaraq 9,9 min nəfər olub.