Dövlət Fondunun avtomobili satışa çıxarılıb

Dövlət Fondunun avtomobili satışa çıxarılıb
21 Noyabr-10:12

Əmanətlərin Sığortalanması Fonduna məxsus nəqliyyat vasitəsi 20 dekabr 2022-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq.

"Margin.az" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda Fonda məxsus "Toyota Camry" minik avtomobili satışa çıxarılır.

Hərrac addımı – ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Hərraclarda iştirak etmək istəyən şəxslər sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.