Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 113% əməl edib

Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 113% əməl edib
03 Avqust-14:36

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-iyul aylarında dövlət büdcəsi qarşısında öhdəliyinə 113,44% əməl edib.

“Margin.az” xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə 287,14 milyon manat vəsait köçürülüb.