2022-ci ildə dövlət istiqrazlarının dövriyyəsi 2021-ci illə nisbətdə 24% (0.6 mlrd. manat) artaraq 3.1 mlrd. manata çatıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankının "Maliyyə Sabitliyi" hesabatına istinadən xəbər verir ki, dövlət istiqrazları dövriyyəsinin artımı fonunda tədavüldə olan dövlət istiqrazlarının həcmi uzunmüddətli dövlət qiymətli kağızlarının emissiyası hesabına artıb.
-
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Məlumata görə, dövlət istiqrazlarının uzunmüddətli və aşağı kuponlu olması, onların uzun durasiyaya sahib olmasını şərtləndirir.