Dövlət Sərhəd Xidməti elan etdiyi bir neçə tenderin nəticələrini açıqlayıb.
"Margin.az" xəbər verir ki, onlardan 4-nün qalibi "ME.GA.An" MMC olub.
-
Dövlət Sərhəd Xidməti videomüşahidə vasitələri alır
-
Azərbaycan sərhəd xidmətinə nə qədər vəsait ayıracaq?
Məlumata görə, qalib şirkətə dəsmallar üçün 708 000, yay və qış ayaqqabıları üçün 445 450, uzunboğaz çəkmələr üçün 3 817 890, zirehli lövhələrin daşınması üçün gödəkcə, dəbilqə və metal qumquma üzlüyü üçün 469 286 manat ödəniləcək.
Əlavə edək ki, tenderlərin ümumi dəyəri 5 440 626 manatdır.