Dövlət xətti ilə ipoteka kreditləşməsi 1% artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 1% artıb
26 Sentyabr-16:49

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu ilin yanvar-avqust aylarında 259,4 milyon manat kredit verilib.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,5% azalaraq 221,1 milyon manata çatıb.

Əlavə edək ki, ötən 8 ayda İKZF istiqraz buraxmaqla 155 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır.