Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
25 May-18:58

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 44 561 borcalana 2 milyard 615 milyon 284 min 41 manat kredit verib.

“Margin.az” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 358,079 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 443 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.