Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 372 borcalana 2 milyard 276,932 milyon manat kredit verib.
"Margin.az" xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 320,751 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 410 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.