Dövlət Xidməti büdcəyə 95 mln. manat köçürüb

Dövlət Xidməti büdcəyə 95 mln. manat köçürüb
24 Noyabr-13:40

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 94,6 milyon manat vəsait köçürüb.

"Margin.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 10 aylıq ödənişin 73,3 milyon manatı özəlləşdirmə, 21,3 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 53 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bundan başqa, 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.