Dövlətə məxsus 33 avtomobil satıldı - HƏRRAC

Dövlətə məxsus 33 avtomobil satıldı - HƏRRAC
23 Noyabr-12:56

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

"Margin.az" quruma istinadən xəbər verir ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub.

Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin toplam satış qiyməti 160 750 manat olsa da, edilən ən son təklif 182 min manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32k9z2 ).