Dövriyyədə olan ödəniş kartlarının sayı 12 milyonu ötüb

Dövriyyədə olan ödəniş kartlarının sayı 12 milyonu ötüb
23 İyun-10:40

Azərbaycanda bu ilin may ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı aprel  ayı ilə müqayisədə 118 min ədəd artaraq 12 milyon 19 min ədədə çatıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.5% çoxdur.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.4%, kredit kartları üzrə 29.2% təşkil edib.

Əlavə edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 54 min, kredit kartları 345 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.