Dövriyyədə olan ödəniş kartlarının sayı 22.6% artıb

Dövriyyədə olan ödəniş kartlarının sayı 22.6% artıb
22 Avqust-16:54

Azərbaycanda bu ilin iyul ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayı ilə müqayisədə 185 min ədəd artaraq 12 milyon 429 min ədədə çatıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.6% çoxdur.

Ödəniş kartlarında artım debet kartları üzrə 21.9%, kredit kartları üzrə 27.3% təşkil edib.

Əlavə edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 339 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.