DTX-nin 2 maşını 10% endirimlə satışa çıxarılır

DTX-nin 2 maşını 10% endirimlə satışa çıxarılır
22 May-18:12

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 20 iyun 2023-cü il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

"Margin.az" xəbər verir ki, hərracda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2 nəqliyyat vasitəsi (Chevrolet Niva və VAZ 21214) də satışa çıxarılacaq. 

Məlumata görə, hər iki nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 

Əlavə edək ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.