Dünya Bankı: "Yoxsulluğa son qoymaq mümkün deyil"

Dünya Bankı:
06 Oktyabr-18:44

"2030-cu ilə qədər ifrat yoxsulluğa son qoymaq məqsədinə nail olmaq mümkün deyil".

"Margin.az" xəbər verir ki, bu barədə Dünya Bankının "Yoxsulluq və Ortaq Rifah Hesabatı"nda qeyd olunub.

"1990-cı ildən bəri qlobal yoxsulluğun azaldılması səylərinə COVID-19 pandemiyası böyük zərbə vurub. Eyni zamanda, Ukraynadakı müharibə vəziyyəti daha da pisləşdirir. Həddindən artıq yoxsulluğun azaldılması istiqamətində qlobal tərəqqi dayanıb. 2020-ci ildə təxminən 70 milyon insan həddindən artıq yoxsulluqla üzləşib. Belə ki, 2020-ci ildə həddindən artıq yoxsulluq içində yaşayan insanların sayı 11% artıb", - məlumatda deyilir.