Dünya iqtisadiyyatı nə qədər böyüyəcək?

Dünya iqtisadiyyatı nə qədər böyüyəcək?
15 Sentyabr-11:30

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,9%-dən 2,4%-ə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.

Məlumata görə, Avropadakı qaz böhranı, yüksək inflyasiya və qlobal pul siyasətinin sərtləşməsi iqtisadi artıma ciddi ziyan vurur.

Qurum dünya iqtisadiyyatının gələn il 1,7%, 2024-cü ildə isə 2,8% böyüyəcəyini proqnozlaşdırır. Halbuki, "Fitch" iyun ayında açıqladığı hesabatında qlobal iqtisadiyyatın bu il 2,9%, 2023 və 2024-cü illərdə isə 2,7% artacağını proqnoz edib.