Dünya iqtisadiyyatı nə qədər böyüyəcək?

Dünya iqtisadiyyatı nə qədər böyüyəcək?
26 Sentyabr-17:20

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,8%-dən 2,2%-ə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, energetika və nəqliyyat vasitələrinin bahalaşması fonunda inflyasiya təzyiqi daha geniş vüsət alır.  Hesabata əsasən, bu il ABŞ iqtisadiyyatı 0,5%, Çin iqtisadiyyatı isə 4,7% böyüyəcək. Eyni zamanda, bu il Rusiya iqtisadiyyatının 5,5% kiçiləcəyi proqnoz edilir.