Dünyada milyonerlərin sayı 40% artacaq

Dünyada milyonerlərin sayı 40% artacaq
20 Sentyabr-14:33

Ukraynada davam edən müharibəyə və faiz dərəcələrinin artmasına baxmayaraq, qlobal miqyasda milyonçuların sayının artacağı gözlənilir.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə "Credit Suisse Group"un Qlobal Sərvət Hesabatında qeyd edilib.

Hesabat görə, cari ildə dünyada gəlir bərabərsizliyi artacağı halda, yaxın 5 ildə milyonçuların sayının 40% artacaq.  

Bildirilir ki, sərvəti 1 milyon dolları keçən milyonçuların sayı 2026-cı ilə qədər 87,5 milyonu ötəcək. Ötən il bu göstərici 62,5 milyon olub.

Hesabatda xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında milyonçuların, Çində isə milyonerlərin sayının 2 dəfə artacağı proqnozlaşdırılır:

"Dünyanın ən zəngin 500 adamının sərvəti ilin ilk yarısında 1,4 trilyon dollar azalmasına baxmayarq, bazarlarda sürətli canlanma olacaq.

Sərvəti 50 milyon dollardan çox olan varlı şəxslərin sayının 385 minə çata bilər.  İnkişaf etməkdə olan ölkələrdə sərvət hər il 10 faiz, inkişaf etmiş ölkələrdə isə 4,2 faiz artacaq.

2021-ci ildə qlobal sərvət 2020-ci ilə nisbətən 9,8% artaraq 463,6 trilyon dollara çatıb ki, bu da əsrin əvvəlindən bəri ən yüksək artımdır. Ən çox varlı sayına sahib ölkə (140 min) ABŞ-dır", - məlumatda qeyd edilib.