Dünyada uşaq işçilərin sayı 9 milyon nəfər arta bilər

Dünyada uşaq işçilərin sayı 9 milyon nəfər arta bilər
12 İyun-14:28

"Bu il dünyada uşaq işçilərin sayı təxminən 9 milyon nəfər arta bilər".

"Margin.az" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat açıqlayıb.

Məlumata görə, COVID-19 pandemiyası uşaq əməyinin artmasına təsir edib. Bildirilib ki, dünyada hazırda 160 milyona yaxın uşaq işçi çalışır. Uşaqların 70%-i isə kənd təsərrüfatı sektorunda çalışır. BƏT və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) 2020-ci ildə birgə hazırladığı hesabata görə, dünyada 160 milyon uşaq işçi arasında 5-17 yaş arası 79 milyon uşaq təhlükəli işlərdə çalışır.

Dünyada 5-11 yaşlı uşaqların 28%-i, 12-14 yaşlı uşaqların isə 35%-i məktəbə getmir.