Dünyanın ən böyük texnologiya fondu olan "SoftBank Group"un itkiləri bu ilin ikinci rübündə rekord səviyyəyə - 3,16 trilyon yenə (23,4 milyard dollar) çatıb.
"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, buna səbəb şirkətin texnologiya paylarında qlobal enişin davam etməsi olub.
Qlobal səhm qiymətlərindəki ucuzlaşma "SoftBank"ın aktivləri "Uber Technologies" və "Coupang Inc."in dəyər itirməsinə səbəb olub.