Dünyanın ən böyük video kart istehsalçısı Rusiyanı tərk etdi

Dünyanın ən böyük video kart istehsalçısı Rusiyanı tərk etdi
22 Noyabr-16:42

Amerikanın texnologiya şirkəti "Nvidia" bu ilin üçüncü rübündə Rusiya bazarını tərk edib.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, şirkət Rusiya bazarını tərk etdiyi üçün 16 milyon dollar itirib.

Əlavə edək ki, dünyanın ən böyük video kart istehsalçısı bu ilin mart ayında Rusiyada satışlarını dayandırıb.