Birləşmiş Millətlər Təşkilatının (BMT) hər il dərc etdiyi "Dünyanın ən xoşbəxt ölkələri" hesabatında 5 il ardıcıl birinci yerdə olan Finlandiya bu il də birincilik mövqeyini qoruyub.
"Margin.az" xəbər verir ki, Finlandiya ardıcıl 6 ildir ki, "ən xoşbəxt ölkələr" siyahısında liderdir.
150-dən çox ölkənin yer aldığı reytinq sırasında ilk 10-luq aşağıdakı kimidir:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsrail
5. Niderland
6. İsveç
7. Norveç
8. İsveçrə
9. Lüksemburq
10. Yeni Zelandiya