EIA: "ABŞ-da neft hasilatı artacaq"

EIA:
09 Noyabr-14:55

ABŞ-da bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 20,22 milyon barel təşkil edəcək.

"Margin.az" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki proqnozdan yüksəkdir. 

Məlumata görə, gələn il ölkədə gündəlik hasilat 21,06 milyon barel olacaq. 

Əlavə edək ki, ötən il ABŞ-da neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 18,98 milyon barel təşkil edib.