EIA: “Azərbaycanda neft hasilatı 10 min barel azalacaq”

EIA: “Azərbaycanda neft hasilatı 10 min barel azalacaq”
08 Dekabr-09:54

Enerji İnformasiyaları Administrasiyası (EIA) gələn il Azərbaycanda gündəlik neft hasilatının 740 min barel təşkil edəcəyini gözləyir. Bu proqnoz daha əvvəl 750 min barel olub.

“Margin.az” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – December 2021” hesabatında qeyd olunub.

Məlumata görə, gələn ilin birinci və ikinci rübündə ölkədə neft hasilatı 750 min barel, üçüncü və dördüncü rübdə isə 740 min barel təşkil edəcək.