Azərbaycanda gələn il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 610 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 40 min barel azdır.
"Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatında qeyd olunub.
Məlumata görə, gələn ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel, ikinci və üçüncü rübündə 600 min barel, dördüncü rübündə isə 610 min barel olacağı proqnozlaşdırılır.