“EIA”: Azərbaycanın təbii qaz hasilatı 36% artıb

2017-ci ildən 2019-cu ilə qədər Azərbaycanın təbii qaz ixracı 120 milyard kubmetrdən çox artıb.
“EIA”: Azərbaycanın təbii qaz hasilatı 36% artıb
13 Oktyabr-14:15

Avrasiya ölkəsi olan Azərbaycan 2017-2019-cu illər arasında təbii qaz hasilatını 36% və ya 200 milyard kub futdan çox artırıb.

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) məlumat yayıb.

Hesabata görə, Azərbaycan Avropa bazarlarına çıxışı artırıb. Azərbaycanın təbii qaz hasilatında artımın böyük hissəsi "Şahdəniz" təbii qaz və kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə əlaqədardır. Xəzər dənizində yerləşən "Şahdəniz Mərhələ 1" üzrə 2006-cı ildə, "Şahdəniz Mərhələ 2” layihəsi üzrə isə qaz 2018-ci ildə hasil edilib.

BP Azərbaycanın məlumatlarına görə, "Şahdəniz" 2018-ci ilin birinci yarısında təxminən 175 milyard kubmetr qaz hasil edib. "Şahdəniz"in ümumi təbii qaz hasilatı bu ilin ilk yarısında iki dəfə artaraq təxminən 350 milyarda çatıb.

"Şahdəniz"də hasilatın artması və TAP-ın tamamlanması Azərbaycanın təbii qaz ixracat həcmlərində və bazarlarında artım əldə etməsinə imkan verib. Belə ki, 2017-ci ildən 2019-cu ilə qədər Azərbaycanın təbii qaz ixracı 120 milyard kubmetrdən çox artıb. Azərbaycanın bu dövrdə əsas qaz idxalçısı Türkiyə və Gürcüstan olub. Türkiyə və Gürcüstana Azərbaycanın qaz ixracı bu ilin birinci yarısında da artmağa davam edib. Bundan əlavə, TAP-ın inşasının ötən ilin sonunda başa çatması ilə Azərbaycan Yunanıstan və İtaliyaya təbii qaz ixrac etməyə başlayıb.