EIA: "Rusiyada neft hasilatı artacaq"

EIA:
07 Dekabr-14:18

Rusiyada bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,93 milyon barel təşkil edəcək. 

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatında qeyd olunub.

Məlumata görə, qurumun bundan əvvəlki proqnozu 10,89 milyon barel olub. Gələn il ölkədə gündəlik hasilat 9,49 milyon barel olacaq. Bu, əvvəlki proqnozdan çoxdur.

Əlavə edək ki, ötən il Rusiyada neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 10,78 milyon barel təşkil edib.