EIA neft qiymətləri üzrə proqnozunu azaldıb

EIA neft qiymətləri üzrə proqnozunu azaldıb
07 Dekabr-11:45

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün "Brent" markalı xam neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

"Margin.az" xəbər verir ki, bu barədə qurumun "Dekabr 2022 Qısamüddətli Enerji Görünüşü Hesabatı"nda qeyd olunub.

EIA bu il "Brent" markalı neftin bir barelinin orta qiymətinin 101,48 dollar olacağını proqnozlaşdırır. Qurumun daha əvvəlki proqnozu 102,13 dollar olub. Hesabatda West Texas Intermediate (WTI) xam neftinin bir barelinin qiymətinin bu il 95,22 dollar olacağı proqnozlaşdırılıb. EIA-nın əvvəlki proqnozu isə 95,88 dollar təşkil edib.

Eyni zamanda, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 92,36 dollar, WTI markalı neftin bir barelinin isə 86,36 dollar olacağı proqnozlaşdırılır.