EIA neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib

EIA neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib
09 Noyabr-10:37

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün "Brent" markalı xam neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə qurumun "Noyabr 2022 Qısamüddətli Enerji Görünüşü Hesabatı"nda qeyd olunub.

Qurum bəyan edib ki, qlobal iqtisadi şəraitin zəifləməsi ilə bağlı artan narahatlıqlara baxmayaraq, qlobal neft istehlakı 2023-cü ildə neft hasilatını üstələyəcək.

EIA bu il "Brent" markalı neftin bir barelinin orta qiymətinin 102,13 dollar olacağını proqnozlaşdırır. Qurumun daha əvvəlki proqnozu 102,09 dollar olub. Hesabatda West Texas Intermediate (WTI) xam neftinin bir barelinin qiymətinin bu il 95,88 dollar olacağı proqnozlaşdırılıb. EIA-nın əvvəlki proqnozu isə 95,74 dollar təşkil edib.

Eyni zamanda, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 95,33 dollar, WTI markalı neftin bir barelinin isə 89,33 dollar olacağı gözlənilir.