EIA Rusiyada neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

EIA Rusiyada neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
09 Mart-15:32

Rusiyada bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,3 milyon barel təşkil edəcək. 

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatında qeyd olunub.

Məlumata görə, bu, əvvəlki proqnozdan 0,4 milyon barel çoxdur. Proqnoza görə, gələn il ölkədə gündəlik hasilat 10,1 milyon barel olacaq. 

Əlavə edək ki, ötən il Rusiyada neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 10,9 milyon barel təşkil edib.